Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Turnirin ən vacib geridönüşü gerçəkləşdi - YENİLƏNİR

Turnirin ən vacib geridönüşü gerçəkləşdi -

Bu gün DÇ-2018-in daha iki 1/8 final oyunu keçiriləcək. İlk olaraq meydana mundialın favoritlərindən Braziliya və Almaniyanı qrupda saxlayan Meksika çıxacaqlar.

Qrup oyunlarında cəmi 1 dəfə xal itirən Braziliya bu matçın favoriti idi. Meksika millisi mundiala Almaniya üzərindəki qələbə ilə start versə də, son görüşdə İsveçdən alınan böyükhesablı yenilgi komandanın gücünü şübhə altına salmışdı.

Elə bu oyunda da eyni ssenari davam etdi. Oyunda üstün tərəf olan Braziliya millisi əvvəlcə 51-ci dəqiqədə Neymarın, sonra isə 88-ci dəqiqədə Firminonun qollarıyla 2:0 qalib gələrək növbəti mərhələyə adını yazdırdı.

Beləliklə, Braziliya 1/4 finalda rəqibini gözləyir.

Digər matçda isə Belçika Yaponiya ilə üz-üzə gəlib. Bu qarşılaşmanın aşkar favoriti avropalılar hesab olunurdu. Qrupda maksimum nəticə göstərən “Qırmızı şeytanlar” yalnız sarı vərəqələrin sayına görə 1/8 finala adlayan Yaponiya ilə matç maraqla gözlənilirdi. Oyun öz dramatikliyi ilə fərqlənib.

İlk dəqiqələrdən hər iki komanda ehtiyatlı oyun nümayiş etdirib. Sonradan gücünü ortaya qoyan belçikalılar qapıya bir neçə zərbə endirsələr də dəqiq olmayıblar. Əvəzində Asiya təmsilçisi sürətli əks hücumun nəticəsində Xaraquti ilə hesabı açıblar. İlk qoldan 4 dəqiqə sonra İnuinin uzaqdan vurduğu möhtəşəm qolla 2:0 önə keçiblər.

Bu qoldan sonra Belçika yığmasının baş məşqçisi Martinez 2 əvəzetmə edərək hücumu gücləndirib və bu da öz bəhrəsini verib. Oyunu meydanın Yaponiyaya aid hissəsinə keçirə bilən belçikalılar əvvəlcə 70-ci dəqiqədə Vertongenin qoluyla fərqi birə endiriblər. Yaponlar özünə gəlməmiş 74-cü dəqiqədə bu dəfə Fellaini baş zərbəsi ilə hesabı bərabərləşdirib.

Bərabərlikdən sonra komandalar yenə ehtiyatlı oyun nümayiş etdiriblər. Hər kəsin matçın uzatma dəqiqələrinə gedəcəyini düşündüyü vaxtda yaponların günc zərbəsindən sonra əks hücuma keçən belçikalılar 90+4-cü dəqiqədə Şadlinin vurduğu qolla qələbə qazanıblar.

Beləliklə, turnirin ən vacib geridönüşünü gerçəkləşdirən Belçika yığması 1/4 finalda Braziliyanın rəqibi olub.

Dünya çempionatı

1/8 final mərhələsi

2 iyul

18:00. [b]Braziliya
- Meksika - 2:0
Qol: Neymar, 51, Firmino, 88
Baş hakim: Canluka Rokki (İtaliya)
Samara. “Kosmos Arena”

22:00. Belçika - Yaponiya - 3:2
Qollar: Xaraquti,48 (0:1), İnui, 52 (0:2), Vertongen, 70 (1:2), Fellaini, 74, Şadli, 90+4 (3:2)
Baş hakim: Malanq Dyediu (Seneqal)
Rostov. “Rostov Arena”

30 iyun

Uruqvay - Portuqaliya - 2:1

Fransa - Argentina - 4:3

1 iyul

İspaniya - Rusiya - 1:1 pen-2:4

Xorvatiya - Danimarka - 1:1 pen-3:2


Facebook-da paylaş

Xəbəri paylaş