Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Xorvatiya 1/4 finalda Rusiyaya rəqib oldu - YENİLƏNİR

Xorvatiya 1/4 finalda Rusiyaya rəqib oldu -

Rusiyada keçirilən dünya çempionatı davam edir. bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq.

İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gəlib. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların ev sahiblərinə gücü çatmayıb.

İspaniya 12-ci dəqiqədə Sergey İqnaşeviçin avtoqoluna sevinib. 40-cı dəqiqədə Artyom Zyuba penaltidən bərabərliyi təmin edib və əsas vaxt bu hesabla başa çatıb - 1:1. Əlavə 30 dəqiqədə də qol olmadığından penalti seriyası təyin edilib. Bu zaman Rusiya millisinin qapıçısı İqor Akinfeyev Koke və Yaqo Aspasın zərbələrini dəf edərək Rusiyanı 1/4 finala çıxardıb. Rusların vurduğu 4 penalti zərbəsi dəqiq olub.

Digər oyunda isə Xorvatiya və Danimarka milliləri üz-üzə gəliblər. Qrup mərhələsində Argentianın qapısından 3 cavasız top keçirən və maksimum xal toplayaraq 1/8 finala yüksələn xorvatlar cütün favoriti hesab olunurdu.

1-ci və 4-cü dəqiqədə vurulan qarşılıqlı qollar sayəsində komandalar 90 dəqiqəni bərabərliklə başa vurublar.

Artırma dəqiqlərinin sonuna yaxın Xorvatiya millisi onbir metrlik cərimə zərbəsi vurmaq haqqı qazansa da, Modriçin zərbəsini Şmayxel dəf edib. Beləcə görüş oyunsonrası penaltilər seriyasına qədər uzanıb. Burada isə daha dəqiq olan Xorvatiiya millisi 3-2 hesabı ilə qələbə qazanaraq 1/4 finalda Rusiyanın rəqibi olub.

Qeyd edək ki, dünən Fransa Argentinanı, Uruqvay Portuqaliyanı mübarizədən kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb.

DÇ-2018

1/4 final

1 iyul


İspaniya - Rusiya 1:1 (Penalti - 3:4)
Qollar: Sergey İqnaşeviç, 12 (avtoqol) - Artyom Zyuba, 40-pen.
Penalti seriyası: Andres İnyesta, Cerard Pike, Serxio Ramos, - Fyodor Smolov, Sergey İqnaşeviç, Aleksandr Qolovin, Denis Çerışev,
İstifadə olunmayan penaltilər: Koke, Yaqo Aspas.

22:00. Xorvatiya – Danimarka - 1:1 (Penalti - 2:3)
Qollar: M. Yorgensen, 2 (0:1), Mario Mancukiç, 4 (1:1)
Qaçırılan penalti: Modriç, 117 (Xorvatiya)
Penalti seriyası: Keya, Kron Deli, - Kramariç, Modriç, Rakitiç
İstifadə olunmayan penaltilər: Badeli, Pivariç - Eriksen, Şöne, Yorqensen

30 iyun

Uruqvay – Portuqaliya - 2:1

Fransa – Argentina - 4:3


Facebook-da paylaş

Xəbəri paylaş