Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Argentina "öldü-öldü, dirildi" - YENİLƏNİR



Bu gün DÇ-2018-in daha iki qrupun oyunlarına yekun vurulacaq.

BrendSport.az-ın xəbərinə görə, keçirləcək dörd oyunla 1/8 finalın növbəti iki iştirakçısı müəyyənləşəcək. D qrupunda pley-offa vəsiqəni təmiş etmiş Fransa Danimarka ilə qarşılaşıblar.

Skandinaviyalılara qrupdan çıxmaq üçün bir xal da bəs edirdi. Məğlubiyyəti isə komandanın işini çətinə sala bilərdi.

Oyunun gərgin və maraqlı gözlənilənilməsinin əksinə çox sönük və mənası olmayan bir oyun oynanılıb. Hər iki komandanın da sakit oynadığı oyunda hesab açılmayıb. Belə olan halda Fransa və Danimarka əl-ələ növbəti mərhələyə keçən komandalar olub.

Qrupun eyni saatda başlayan digər oyununda isə Avstraliya və Peru milliləri üz-üzə gəlib. Avstraliyanın qələbə sayəsində 2-ci yerlə pley-offa çıxmaq şansı olduğu halda, autsayder perulular üçün bu görüş formal xarakter daşıyırdı.

Avstralyanın riyazi baxımdan şansları olsa da, oyuna yaxşı başlayan perulular 90 dəqiqə ərzində güc nümayiş etdirərək qələbə qazanıblar. Peru üçün pristij xakarteri daşıyan oyunun sonunda Peru yığması iki qol vuraraq qrupu üçüncü yerdə başa vurublar.

Əsas diqqətlər D qrupuna yönəlmişdi. Burada Nigeriya Argentina, İslandya isə Xorvatiya ilə qarşılaşırdılar. Xorvatlar pley-offa yüksəldyindən bu görüş İslandiya üçün daha əhəmiyyətli idi. İslandiya qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalı idi. Eləcə də Messinin kapitan olduğu Argentina millisi 1/8-ə yüksəlmək üçün mütləq Nigeriyaya qalib gəlməli və islandların Xorvatiya ilə oyunda xal itirməsinə ümid etməli idilər.

Elə hər şey Argentina millsinin istəyinə uyğun cərəyan etdi və yekunda Xorvatiya millisi İslandiyaya 2:1, Argentina da Nigeriya millisinə 2:1 hesabı ilə qələbə qazanaraq 1/8 finala vəsiqə qazandı.

C qrupu

18:00. Danimarka - Fransa - 0:0
Baş hakim: Sandro Riççi (Braziliya)
Moskva, "Lujniki" stadionu

18:00. Avstraliya - Peru - 0:2
Qollar: Karrilyo, 18(0:1), Gerreyro, 50 (0:2)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Soçi, "Fişt" stadionu

1. Fransa 3 2 0 0 3-1 7
2. Danimarka 3 1 1 0 2-1 5
3. Peru 3 1 0 2 2-2 3
4. Avstraliya 3 0 1 2 2-4 1

D qrupu

22:00. Nigeriya - Argentina - 1:2
Qollar: L. Messi, 14 (0:1), V. Mozes, 51-penalti (1:1), Roxo, 86 (1:2)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. İslandiya - Xorvatiya - 1:2
Qollar: M. Badel, 53 (0:1) Siqurdsson, 76-pen (1:1), Perişiç, 90 (1:2)
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, "Rostov Arena"

1. Xorvatiya 3 3 0 0 7-1 9
2. Argentina 3 1 1 1 3-5 4
3. Nigeriya 3 1 0 2 3-4 3
4. İslandiya 3 0 1 2 2-5 1


Facebook-da paylaş

Xəbəri paylaş