Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: İspaniya və Portuqaliya növbəti mərhələdə - YENİLƏNİR



Bu gün dünya çempionatının qrup mərhələsində son tura start verilib.

BrendSport.az saytı xəbər verir ki, A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçiriləcək.

İlk olaraq A qrupunun komanları mübarizəyə qoşulublar. Bu qrupda pley-off mərhələsinə yüksələn Rusiya və Uruqvay qarşılaşıb. Matç Uruqvayın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Uruqvay qrupu 1-ci, Rusiya 2-ci pillədə başa vurub.

Formal xarakter daşıyan Səudiyyə Ərəbistanı - Misir matçı isə birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca B qrupunun kollektivləri mübarizə aparıblar. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var idi. Əsas diqqətlər İran - Portuqaliya matçına yönəlmişdi. Çünki bu görüşdə qalib gələn tərəf pley-off adlayacaqdı. Ancaq Kriştiano Ronaldonun lideri olduğu portuqalları heç-heçə də qane edirdi.

Bu baxımdan rahat olan portuqaliyalılar ilk hissənin sonunda Quarejmanın möhtəşəm qoluyla önə keçdilər. İkinci hissədə toparlanmağa çalışan İran millisi bir neçə qol vəziyyəti yaratsa da, bunlardan yararlana bilməyib.

Əvəzində Ronaldonun cərimə meydançasında yıxılmasıyla onbir metrəlik cərimə zərbəsi qazanan Portuqaliya yığması bu şansdan yararlana bilməyib. Belə ki, Ronaldonun özünün yerinə yetirdiyi penaltini qapıçı dəf edib.

Oyunun sonuna yaxın gərginləşən görüşdə İran millisi də onbir metrəlik cərimə zərbəsi vurmaq hüququ qazanıb və dəqiq yerinə yetiriblər. Ancaq iranlıların bundan çoxuna gücü çatmayıb. Beləliklə, gərginliyi ilə seçilən oyun 1:1 hesabı ilə başa çatıb.

İspaniya isə Mərakeşə uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq.

DÇ-2018

25 iyun

A qrupu


18:00. Uruqvay - Rusiya - 3:0
Qollar: L. Suares, 10 (1:0), D. Çerışev, 23-avtoqol (2:0), Kavani, 90 (3:0)
Qırmızı vərəqə: İ. Smolnikov, 36
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. "Samara Arena"

18:00. Səudiyyə Ərəbistanı - Misir - 2:1
Qollar: M. Salah, 22 (0:1), S. Əl-Hadari, 45+2-penalti (1:1), Salem, 90+5 (2:1)
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. "Volqoqrad Arena"



B qrupu

22:00. İran - Portuqaliya - 1:1
Qol: Kuarejma, 45, Ansarifard, 90+3 (1:1)
Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk. "Mordoviya Arena"

22:00. İspaniya - Mərakeş - 2:2
Qollar: Boutaib, 14 (0:1), İsko, 19 (1:1), En Nesiri, 81, Aspas, 90+3 (2:2)
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad. “Kalininqrad” stadionu



Facebook-da paylaş

Xəbəri paylaş