Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Xorvatiya Argentinaya futbol dərsi keçdi - YENİLƏNİR

Xorvatiya Argentinaya futbol dərsi keçdi -

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. İlk olaraq C qrupunda ikinci turun matçları oynanılıb.

Əvvəlcə meydana Danimarka və Avstraliya yığmaları çıxıb. Skandinaviya təmsilçisi ilk görüşündə Peru üzərində 1:0 hesablı qələbə qazandığı halda, Avstraliya isə Fransaya uduzduğundan bugünkü matçda mütləq qələbə qazanmalı idi. Əks halda, komanda pley-off şansını itirmiş olacaqdı. Gərgin keçən oyunda komandalar hərəyə bir dəfə fərqlənərək hesablarına 1 xal yazdıra bilib.

Eyni sözləri Fransa ilə qarşılaşacaq Peru yığmasına da aid etmək olar. Danimarka ilə matçda pis təsir bağışlamasına baxmayaraq, Cənubi Amerika təmsilçisi xalsız qaldı. Fransa isə çətinliklə də olsa Avstraliyanın müqavimətini qıra bilmişdi. Bu gün Danimarka və Fransa yenidən qələbə qazansa, o zaman hər iki kollektiv son turun nəticələrindən asılı olmayaraq 1/8 finala adlayacaq.

Günün son matçında isə Argentina və Xorvatiya yığmaları görüşüblər. D qrupunda ikinci turun ilk matçına maraq böyük idi. Çempionatın favoritlərindən olan, lakin birinci oyunda qələbəyə həsrət qalan Argentina yığması xorvatlarla görüşdə mütləq qələbə qazanmalı idi. Əks halda Messi və komanda yoldaşları mundialla elə qrup mərhələsində vidalaşa bilərdilər. Xorvatiya isə ardıcıl ikinci qələbəsini qazansa, 1/8 finala yüksələcəkəkdi. Məhz, təxmin edilən oldu. Belə ki, 3:0 hesabı ilə qələbə qazanan xorvatlar növbəti mərhələyə vəsiqəni təmin etdilər. Argetina isə vəziyyətlərini kitik həddə çatcırdılar.

DÇ-2018

21 iyun


II tur

C qrupu


16:00. Danimarka - Avstraliya 1:1
Qollar: Kristian Eriksen, 7 (1:0), Mayl Yedinak, 38-pen (1:1)
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Samara, "Samara Arena"

19:00. Fransa - Peru 1:0
Qol: Kilian Mbappe, 34
Baş hakimlər: Məhəmməd Abdulla Məhəmməd (BƏƏ)
Yekaterinburq, "Yekaterinburq Arena"



D qrupu

22:00. Argentina - Xorvatiya - 0:3
Qollar: Ante Rebiç, 53, Luka Modriç, 81, İvan Rakitiç, 90
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu

Nigeriya - İslandiya



Facebook-da paylaş

Xəbəri paylaş