Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Ruslar qrupdan çıxmağı təmin etdilər - YENİLƏNİR

Ruslar qrupdan çıxmağı təmin etdilər -

Bu gün dünya çempionatında ilk tura yekun vurulacaq.

H qrupunda iki oyun keçirləcək.

Əvvəlcə meydana Kolumbiya və Yaponiya milliləri çıxıblar. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunsa da yaponlar əzmkarlıq göstərərək 2:1 hesabı ilə qələbə qazanılblar.

Qeyd edək ki, oyunun 3-cü dəqiqəsində Karlos Sançes qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətə salıb. Ona görə də Kolumbiya demək olar oyunu 10 nəfərlə keçirməli olub.

Onu da xatırladaq ki, bu qələbə ilə Yaponiya bir ilkə imza atıblar. Belə ki, onlar Asiya qitəsinin ilk komandası olaraq bir Cənubi Amerika qitəsi komandasına qalib gələn komanda kimi tarixə düşüblər.

Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşıb. Levandovski-Mane mübarizəsi adlandırılan bu görüşə də maraq böyük idi. Ancaq hər iki dünya ulduzunun o qədər də varlıq göstərə bilmədikləri oyunda Seneqal millisi 2:1 hesabı ilə qalib gələrək, qrupdakı iddilarını ortaya qoyublar.

A qrupunda isə 2-ci tura start verilib. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşıb. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlmişdilərsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzmuşdu - 0:1. Bu oyunu da Rusiya millisi yüksək səviyyədə keçirərək 3?1 hesabı ilə qələbə qazanıblar. Beləliklə, ruslar qrupdan çıxmağı özləri üçün təmin ediblər. Bu məğlubiyyətdən sonra Misir millisi mundialla vidalaşıb. Onların növbəti oyunları isə sadəcə, formal və pristij xarakterli olacaq.

19 iyun

DÇ-2018

H qrupu

1-ci tur


16:00. Kolumbiya - Yaponiya 1:2
Qollar: Sindzi Kaqava, 4-pen. (0:1), Qintero, 39 (1:1), Yuya Osako, 73 (1:2)
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair).

19:00. Polşa - Seneqal 1:2
Qollar: Sionek, 37-avtoqol (0:1), Nyanq, 60 (0:2), Krikoviak, 86 (1:2)
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).

A qrupu

2-ci tur


22:00. Rusiya - Misir 3:1
Qollar: Fathi, 47-avtoqol (1:0), Çerışev, 59 (2:0), Dzyuba, 62 (3:0), Salah, 73 (3:1)
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).



Facebook-da paylaş

Xəbəri paylaş