Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Ronaldo mənə dedi ki, zədəsi ciddi deyil"

"Ronaldo mənə dedi ki, zədəsi ciddi deyil"

"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 36-cı turunda "Barselona" ilə matçda (2:2) zədələnən Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

"Marca"ya danışan fransalı mütəxəssis bunları bildirib: "Ronaldonun zədəsinin ciddi olub-olmadığı ilə bağlı danışmaq tezdir. Ancaq fikrimcə, zədəsi yüngüldür.Kriştiano tibbi müayinədən keçəcək. Ondan sonra nə qədər vaxt oynamağı müəyyənləşəcək. Amma Ronaldo mənə dedi ki, zədəsi ciddi deyil".

Qeyd edək ki, "El-Klassiko"da komandasının ilk qolunu vuran K.Ronaldo 46-cı dəqiqədə zədə səbəbindən əvəzlənib.


Facebook-da paylaş