Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ən çox gəlir əldə edən futbolçu və baş məşqçi



2017/18 mövsümündə dünyanın ən çox qazanan futbolçusu və məşqçisi müəyyənləşib.

"France Football” xəbər verir ki, ən çox qazanan futbolçu Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi olub. 30 yaşlı forvardın maaş, bonus və reklam gəlirləri ümumilikdə 126 milyon avro olub.

Onu Portuqaliya millisinin və "Real"ın ulduzu Kriştiano Ronaldo izləyir. Hücumçu bu mövsüm ümumilikdə 94 milyon avro qazanıb. İlk "üçlüy"ü Braziliya millisinin və PSJ-nin futbolçusu Neymar qapayır - 81.5 milyon avro.

Ən çox qazanan məşqçi isə Joze Mourinyodu. "Mançester Yunayted"in portuqaliyalı çalışdırıcısı 26 milyon avro qazanc əldə edib. Çin millisinin italyalı baş məşqçisi Marçello Lippi 23, "Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone 22 milyon avro gəlirlə onu izləyirlər. "Real"ın fransız çalışdırıcı Zinəddin Zidan isə 21 milyon avro qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş