Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mbappe taleyi "məlum deyil"



PSJ-nin "Monako"dan icarəyə götürdüyü və mövsümün sonunda 180 milyon avro ödəyərək transfer hüququnu alacağı Kilian Mbappe ilə bağlı yeni xəbər yayılıb.

"Daily Mirror" xəbər verir ki, "Mançester Siti" fransalı ulduza elçi düşüb. UEFA-nın "Maliyyə Fair-Play"ı qaydalarına "ilişən" və barəsində araşdırmalar başlayan PSJ-nin bu transferdən vaz keçməsi gözlənilir. Fürsətdən istifadə etmək niyyətində olan "Mançester Siti" 180 milyon avro ödəyərək Mbappeni heyətinə qatmaq istəyir.

Qeyd edək ki, 19 yaşlı Kamerun əsilli fransalı forvard PSJ-nin heyətində meydana çıxdığı 40 rəsmi matçda 19 qol vurub və 17 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş