Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bu gün Avropanın 1 və 2 nömrəli turnirlərində son püşkatma olacaq

Bu gün Avropanın 1 və 2 nömrəli turnirlərində son püşkatma olacaq

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Finala gedən yolda 4 komanda – “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Roma” (İtaliya) 2 cütlük formalaşdıracaqlar.

İştirakçılar səpələnmiş və səpələnməmişlər səbətlərinə bölünməyəcəklər. Bütün komandalar bir-birinə rəqib ola bilər.

Adları birinci göstərilən kollektiv ilk oyunu öz meydanında keçirəcək.
Çempionlar Liqasının səfiri, Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko püşkatma mərasimində assisent olacaq.

Qeyd edək ki, yarım finalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Çempionlar Liqası olə bərabər Avroliqada da yarımfinal cütləri müəyyənləşəcək.

Belə ki, bu gün həm də UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

Bu püşkatma mərasimi də UEFA-nın mənzil-qərargahında təşkil olunacaq və tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Finala gedən yolda 4 komanda – “Arsenal” (İngiltərə), “Atletiko” (İspaniya), “Marsel” (Fransa) və “Zalsburq” (Avstriya) 2 cütlük formalaşdıracaq. Bütün komandalar bir-birinə rəqib ola bilər.

Qeyd edək ki, yarımfinalın ilk oyunları 26 aprel, cavab görüşləri 3 mayda keçiriləcək.


Facebook-da paylaş