Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İdmançılarımız Ukraynada beynəlxalq turnirə qatılıblar



Ukraynanın Xarkov şəhərində növbəti beynəlxaq turnirə start verilib. ATF-dən BrendSport.az saytına verilən məlumata görə ki, gün davam edəcək G1v kateqoriyalı turnirdə ölkəmizin idmançıları da iştirak edir. Belə ki, böyükərdın ibarət milli yığma komandamız bu yarışda 15 kişi və 8 qadın taekvondoçu ilə təmsil olunur.

Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçirilən “Ukraine Open” turnirində kişilərdən İlham Əliyev, Məcid Sofiyev (hər ikisi -54 kq), Qaşım Maqomedov, Əli Məmmədov (hər ikisi -58 kq), Roman Samodurov, Ruslan Babayev və Xanrul Fətullayev (hər üçü -63 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi -68 kq), Səid Quliyev, Əliəskər Əliyev, Fariz Əliyev (hər üçü -74 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi-87 kq) və Radik İsaev (+87 kq) mübarizə aparacaq.

Qadın idmançılarımızdan Nərgiz Mirzəyeva (-46 kq), Patimat Abakarova, Rufina Əlizadə (hər ikisi -53 kq), Leyla Məmmədova (-57 kq), Kubra Əmirzadə, Şəms Həsənova (hər ikisi -62 kq), Fəridə Əzizova (-67 kq) və Elvarə Cəlilova (+73 kq) dayanq üzərinə çıxacaq.
Komandamız yarışa baş məşqçi Reza Mehmandoust, qadınlardan ibarət millinin baş məşqçisi Elmur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə qatılıb. Xatırladaq ki, turnirin qalibi reytinq xalına 10 xal əlavə edəcək.

Alxas


Facebook-da paylaş