Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə cüdoçularımız Avropa kubokunda daha 3 medal qazanıb



İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçuları 1 gümüş və 2 bürünc medal qazanıblar.

BrendSport.az saytı judo.az-a istinadən xəbər verir ki, oğlanların mübarizəsində Yaqub İsmayılzadə (-90 kq) gümüş, Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (+90 kq) bürünc medal qazanıb.

Beləliklə yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Avropa kubokunun ilk günü Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıb. Qeyd edək ki, İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.










Facebook-da paylaş

Xəbəri paylaş