Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Zirə”nin futbolçusu Qismət Alıyev Azərbaycan çempionatında 150-ci oyununu keçirib

“Zirə”nin futbolçusu Qismət Alıyev Azərbaycan çempionatında 150-ci oyununu keçirib


Qismət Alıyev Azərbaycan çempionatında 150-ci oyununu keçirib. “Zirə”nin 27 yaşlı futbolçusunun yubileyi Azərbaycan Premyer Liqasının XXXIII turuna təsadüf edib. Yarımmüdafiəçi “Şamaxı” ilə səfər görüşünə kapitan kimi start heyətində çıxıb.
BrendSport.az xəbər verir ki, Premyer Liqada 2014-2015-cü il mövsümündə debüt edən Q.Alıyev bu müddətdə iki klubun formasını geyinib. O, debüt etdiyi “Qəbələ”də 70, “Zirə”də 80 dəfə çempionat matçına çıxıb. Futbolçunun hesabında 5 qol var. O, “Qəbələ”nin forması ilə 1, “Zirə”nin heyətində 4 dəfə fərqlənib.
Qismət Alıyev Premyer Liqada ilk matçını 2015-ci il mayın 28-də keçirib. Yarımmüdafiəçi “Qəbələ”nin “Bakı” ilə ev oyununda (3:0) şans qazanıb. Onun “Zirə”dəki ilk çempionat qarşılaşması isə 2020-ci il oktyabrın 18-nə təsadüf edib. Futbolçu “Sumqayıt”la səfər matçında (1:2) forma geyinib.
Qeyd edək ki, “Zirə” Şamaxı səfərində 3:0 hesablı qələbə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş