Əsas Səhifə > Digər > Güləşçimiz Xasay Həsənli Avropa çempionatının finalına yüksəlib

Güləşçimiz Xasay Həsənli Avropa çempionatının finalına yüksəlib


14-03-2023, 06:56
Güləşçimiz Xasay Həsənli Avropa çempionatının finalına yüksəlib

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

BrendSport.az
xəbər verir ki, yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Milli komandamızın üzvü Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan X.Həsənli martın 14-də finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək.
Rahim Həsənov (55 kq) dörddəbir finalda ermənistanlı Karapet Manvelyana (1:7), Ziya Babaşov (63 kq) ilk mərhələdə bu ölkənin digər təmsilçisi Sahak Hovannisyana (1:3), Məhəmməd Əhmədiyev (87 kq) təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə (4:5), Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo Vişnivetskiyə (1:9) məğlub olublar. S.Məmmədovun rəqibi finala yüksəldiyi üçün güləşçimiz martın 14-də təsəlliverici görüşdə rumıniyalı Gean Ali ilə qarşılaşacaq.
Geri qayıt