Əsas Səhifə > Digər > Məktəblilər arasında şahmat üzrə rayon birinciliyi

Məktəblilər arasında şahmat üzrə rayon birinciliyi


10-12-2017, 18:11


Ağsu rayon Təhsil Şöbəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağsu rayon Komitəsinin və Ağsu rayon Uşaq-Gənlər İdman-Şahmat Məktəbinin birgə təsdiq etdikləri Əsasnaməyə uyğun olaraq 07-08 dekabr 2017-ci il tarixlərində Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.

Ağsu rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, yarışda əsasən 10 və 16 yaşadək olan məktəblilər iştirak edib.

Hər iki yaş qrupunda I, II və III yerlərə layiq görülən şahmatçılara Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları, TİAHİ Ağsu rayon komitəsinin fəxri fərman və qiymətli hədiyyələri təqdim olunub.

Alxas Məmmədov
Geri qayıt