Əsas Səhifə > Digər > Əmrə Morun "taleyinə" aydınlıq gəldi

Əmrə Morun "taleyinə" aydınlıq gəldi


29-08-2017, 22:29


Futbol üzrə Türkiyə yığmasının və Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Əmrə Morun yeni klubu rəsmən müəyyənləşib.

20 yaşlı futbolçu İspaniyanın “Selta” klubuna transfer olunub. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mor yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Türkiyə mətbuatı İspaniya klubunun almanlara bu keçid müqabilində 12,5 milyon avro təzminat ödədiyini yazır. Mor özü isə yeni klubunda ilinə 2 milyon avro qazanacaq.

Xatırladaq ki, bir müddət öncə Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçinin İtaliya A seriyası təmsilçiləri “İnter” və ya “Torino”ya keçəcəyi barədə xəbərlər yayılmışdı.
Geri qayıt