Əsas Səhifə > Digər > Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb


8-02-2023, 19:37
Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.

BrendSport.az
AVF-yə istinadla xəbər verir ki, N.İsmayılova bu gün Fransada oynanılacaq yerli “Tur” və Almaniyanın “Friedrichshafen” komandaları arasında matçın supervayzeri funksiyasını yerinə yetirəcək.

N.İsmayılova görüşün hakimləri macarıstanlı Zsolt Mözeffi və portuqaliyalı Rikardo Ferreyranın işinə qiymət verəcək.
Geri qayıt