Əsas Səhifə > Digər > General Məhəmməd Əsədov adına Kikboks Klubu yaradıldı

General Məhəmməd Əsədov adına Kikboks Klubu yaradıldı


30-10-2017, 14:27
General Məhəmməd Əsədov adına Kikboks Klubu yaradıldı

AKF prezidenti , millət vəkili Adil Əliyevdən Zəngilan şəhərinin adının yaşadılması ilə əlaqədar Zəngilanlı gənclərə dəstək verib.

Bu barədə məlumatı Azərbaycan Kikboksinq Federasiyasının tanınmış məşqçisi Rəhim Abasəliyev verib.

“2000 - ci ildən fəaliyyət göstərən təsisçisi, eyni zamanda direktoru olduğum AKF-nın Zəngilan İdman Klubu bundan sonra AKF-nın general Məhəmməd Əsədov adına Zəngilan İdman Klubu olaraq fəaliyyət göstərəcək.

Bundan sonra dostum , Elxan Bayramov general Məhəmməd Əsədov adına Zəngilan İdman Klubunun direktoru vəzifəsində çalışacaq.

İnanırıq ki, Elxan qardaşımızın rəhbərliyi altında bu klub daha da yaxşı fəaliyyət göstərəcək, yüksək nəticəli idmançılar yetişdirəcək və Azərbaycanın adını , bayrağını beynəlxalq yarışlarda qaldıracaqdır.

Bu işdə hər zaman bizə dəstək olan hörmətli AKF-nın prezidenti,millət vəkilimiz Adil Əliyevə təşəkkür edirik”.




Karabakhmedia.az
Geri qayıt