Əsas Səhifə > Digər > Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında dünyasını dəyişdi

Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında dünyasını dəyişdi


6-07-2020, 22:15


Azərbaycan idmanına itki üz verib.

BrendSport.az saytı xəbər verir ki, dünən gecə qəflətən halı pisləşən və təzyiqi düşən zorxana ustası Rüfət Gülaliyev Ağcəbədi rayonunda vəfat edib. Bakıda yaşayan idmançı bu gün Ağcabədi rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, əslən Laçın rayonundan olan Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alırdı, bu ilin məzunu idi. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.






Geri qayıt