Əsas Səhifə > Digər > Türkiyə şəhidlərinin övladları Velotrekdə olub

Türkiyə şəhidlərinin övladları Velotrekdə olub


23-01-2019, 14:44


Nəsimi rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakı şəhərində səfərdə olan Türkiyə şəhidlərinin övladları müxtəlif tədbirlərdə iştirak edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar.

Səfər çərçivəsində qonaqlar Respublika Velotrekinə də baş çəkiblər. Türkiyəli şəhid övladları dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped Muzeyi ilə tanış olub, Velotrekdə velosipedçilərimizin məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.







Geri qayıt