Əsas Səhifə > Digər > Güləş üzrə Quba rayon birinciliyi keçirilib

Güləş üzrə Quba rayon birinciliyi keçirilib


9-12-2018, 22:05


08-09 dekabr 2018-ci il tarixlərdə Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahdağ” Quba idman klubunun güləş zalında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yunan roma güləşi üzrə 2005-2006 və 2007-2008-ci il təvəllüdlü idmançılar arasında rayon birinciliyi keçirilib.

Yarışda 70-dən çox idmançı iştirak edib.

Qalib idmançılar Quba rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və müvafiq medallarla ilə təltif ediliblər.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi





Geri qayıt