Əsas Səhifə > Digər > Azərbaycan Premyer Liqasında beşinci turun oyun cədvəli müəyyənləşib

Azərbaycan Premyer Liqasında beşinci turun oyun cədvəli müəyyənləşib


15-09-2017, 15:07


Futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci turun oyun cədvəli müəyyənləşib.

İki günü əhatə edəcək turun görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Sentyabrın 16-da start götürəcək turun ilk günündə “İnter” klubu “Sumqayıt” komandasını qəbul edəcək. “İnter Arena”da keçiriləcək görüş saat 16:30-da başlayacaq.

Günün ikinci matçında isə paytaxtın “Neftçi” komandası doğma meydanda “Zirə”ni qəbul edəcək. “Bakcell Arena” təşkil ediləcək görüşə saat 19:00-da start veriləcək.

Sentyabrın 17-da Premyer Liqada növbəti oyun “Qarabağ” – “Kəpəz” kollektivləri arasında olacaq. Saat 18:30-da start götürəcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Həmin gün digər paytaxt təmsilçisi “Səbail” klubu “Qəbələ” ilə görüşəcək. “Dalğa Arena”da keçiriləcək matç 21:00-da başlayacaq.

AZƏRTAC .
Geri qayıt