Əsas Səhifə > Digər > Anri: Futbolçularım futbol oynamaqdan imtina edir

Anri: Futbolçularım futbol oynamaqdan imtina edir


5-11-2018, 22:28


Fransa Liqa 1-in son turunda “Reyms”ə 0:1 hesabıyla məğlub olan “Monako”nun baş məşqçisi Tyerri Anri futbolçuları haqqında maraqlı açıqlama verib.

Fransa mətbuatı xəbər verir ki, 41 yaşlı mütəxəssis problemin taktikayla əlaqəli olmadığını deyib:

“Çok narahatedici bir vəziyyətdir. Heç futbol oynamırıq. Taktikayla əlaqəsi yoxdur, bu vəziyyət tamamilə arzuyla bağlıdır. Futbolçularım futbol oynamaqdan imtina edirlər. Belə qalib gəlmək çətindir.

Azarkeşlərin üzüntüsünü anlayıram. Təkrar inamı qazanmalıyıq. Bu komandanın səviyyəli olduğunu düşünməsəm, bura gəlməzdim”.

Bu məğlubiyyətdən sonra “Monako” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Geri qayıt