Əsas Səhifə > Digər > “Liverpul” türk futbolçu ilə maraqlanır

“Liverpul” türk futbolçu ilə maraqlanır


31-10-2018, 14:49


“Hoffenhaym” klubunda forma geyinən türk əsilli alman futbolçu Kərəm Dəmirbay “Liverpul”a transfer olunacağı iddiaları haqda danışıb.

Almaniya mətbuatına açıqlama verən 25 yaşlı futbolçu “Liverpul”un onunla maraqlandığını təsdiqləyib:

“Bəli, “Liverpul”un mənimlə maraqlandığını bilirəm. Bu, mənim oyunuma problem yaratmır. Yarımmüdafiənin mərkəzində oynamaqdan məmnunam. Komandanın oyun sürətini rahatlıqla tənzimləyə bilirəm”.

“Hoffenhaym”la 2022-ci ilə qədər müqaviləsi olan Dəmirbay, bu mövsüm 7 oyunda iştirak edib və 3 məhsuldar ötürmə edib.

Dəmirbay 2 dəfə də Almaniya millisinin formasını geyinib.
Geri qayıt