Əsas Səhifə > Digər > Millimizə cəlb olunması gözlənilən futbolçu "Spartak"ın hədəfində

Millimizə cəlb olunması gözlənilən futbolçu "Spartak"ın hədəfində


19-10-2018, 15:40


"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev yenidən "Spartak"da çıxış edə bilər. Rusiyanın don24.ru saytının yaydığı xəbərə görə, Moskva təmsilçisi sabiq futbolçusunu heyətinə cəlb etnək istəyir.

"Qırmızı-qaralar"ın azərbaycanlı oyunçunun keçidi üçün 1 milyon avro ödəməyə hazır olduğu bildirilir. "Spartak" Ayazı son vaxtlar adı qalmaqallarda çəkilən Denis Qluşakovla əvəzləmək niyyətindədir.

Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında "Spartak"dan "Rostov"a keçib. Rusiyanın U-21 yığmasının üzvü olan yarımmüdafiəçinin əsas millimizə cəlb olunması gündəmdədir.
Geri qayıt