Əsas Səhifə > Digər > "Barselona" Mateys de Liqt üçün "Ayaks"la danışıqlara başladı

"Barselona" Mateys de Liqt üçün "Ayaks"la danışıqlara başladı


11-10-2018, 21:51


"Ayaks"ın müdafiəçisi Mateys de Liqt karyerasını “Barselona”da davam etdirə bilər.

“Mundo Deportivo” nəşrinin yaydığı xəbərə görə, Kataloniya klubu artıq 19 yaşlı futbolçunun keçidi üçün Amsterdam təmsilçisi ilə danışıqlara başlayıb. Gənc oyunçunun özünün də İspaniya nəhənginə keçmək istədiyi iddia olunur.

Qeyd edək ki, “Ayaks”ın öz yetirməsi olan de Liqt 2016-cı ildə əsas komandada debüt edib. Bu mövsüm Hollandiya çempionatında 7 oyunun hamısında əsas heyətdə meydana çıxan müdafiəçi 1 qol vurub.

Geri qayıt