Əsas Səhifə > Digər > “Az avtomobil - çox həyat” devizi altında veloyürüş keçirilib

“Az avtomobil - çox həyat” devizi altında veloyürüş keçirilib


8-10-2018, 17:15


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə “Az avtomobil - çox həyat” devizi altında veloyürüş keçirilib. Avtomobilsiz istirahət günü ənənəsini təbliğ edən veloyürüş Azneft meydanından start götürməklə Heydər Əliyev Mərkəzinədək davam edib.

BrendSport.az saytı xəbər verir ki, yürüşdən əvvəl iştirakçılara təhlükəsizlik qaydaları barədə məlumat verilib. ETSN-nin əməkdaşlarının da qatıldığı veloyürüşdə 200-dən artıq həvəskar və peşəkar velosipedçi iştirak edib. Aksiyanın sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iştirakçılara diplom və təşəkkürnamələr verilib.

Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35%-ə qədər azalması) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası, İDEA İctimai Birliyi, BMT-nin Azərbaycandakı nümayəndəliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Dövlət Təhlükəsizliyi Xidmətinin Velosiped Klubu, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və “İsma Bikes”ın dəstəyi ilə baş tutub.





































Geri qayıt