Əsas Səhifə > Digər > Dünya çempionatının ev sahibləri daha 2 rəqib tapdı

Dünya çempionatının ev sahibləri daha 2 rəqib tapdı


8-09-2017, 22:16


2018-ci il dünya çempionatına ev sahibliyi edəcək Rusiya millisi özünə daha 2 rəqib tapıb. Şimal qonşumuz oktyabrın 7-si Cənubi Koreya, 3 gündən sonra isə İranla qarşılaşacaq. Bu barədə Rusiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Cənubi Koreya ilə oyun "VEB Arena" (Moskva), İranla görüş isə "Kazan Arena"da (Kazan) baş tutacaq. Oyunların başlanma saatı hələlik müəyyənləşməyib.
Geri qayıt