Əsas Səhifə > Digər > Ronaldo “Yuventus”a görə millidən imtina etdi

Ronaldo “Yuventus”a görə millidən imtina etdi


4-10-2018, 21:49


“Yuventus”un futbolçusu Kriştiano Ronaldo bu ilin sonuna qədər Portuqaliya millisinin oyunlarında iştirak etməyəcək.

33 yaşlı futbolçu yayda transfer olduğu “Yuventus”a tez uyğunlaşmaq üçün belə qərar qəbul edib. Bu barədə İtaliyanın “Football İtalia” nəşri məlumat yayıb.

Xəbərdə Ronaldonun Portuqaliya millisinin sentyabr ayındakı Millətlər Liqasının oyunları üçün heyətə daxil edilmədiyi bildirilib. Portuqaliyalı futbolçunun oktyabr və noyabr aylarında da komandadan uzaq qalacağı gözlənilir.

Portuqaliya millisi Millətlər Liqasında Polşa, Şotlandiya və İtaliya yığmaları ilə qarşılaşacaq.
Geri qayıt