Əsas Səhifə > Digər > Alveş "Real" və Ronaldo haqqında

Alveş "Real" və Ronaldo haqqında


18-09-2018, 16:05


PSJ-nin müdafiəçisi Dani Alveş Kriştiano Ronaldonun "Real"dan "Yuventus"a keçidinə münasibət bildirib.

"Marca"nın yaydığı xəbərə görə, 35 yaşlı futbolçu portuqaliyalının gedişindən sonra "kral klubu"nun daha təhlükəli oynadığını söyləyib:

"Digərləri ilə müqayisədə mənim buna mövqeyim bir az fərqlidir. Ronaldonun gedişindən sonra "Real" daha kompakt və hiyləgər futbol oynayır. Əvvəl bütün hücumları Ronaldo başa çatdırırdı. İndi isə hər şey daha təhlükəlidir. "Real"la mübarizə aparmaqasan olmayacaq. Çünki kollektiv oyun sərgiləyirlər. Əlbəttə, Ronaldo onlar üçün böyük itkidir, amma "Real" elə "Real"dır".

Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində 106 milyon avro qarşılığında "Real"ı "Yuventus"a dəyişib.
Geri qayıt