Əsas Səhifə > Digər > Aleş Vidal "evinə" döndü

Aleş Vidal "evinə" döndü


5-08-2018, 17:17


İspaniya çempionu “Barselona” müdafiəçisi Aleş Vidalla yolları ayırıb. Vidal karyerasını “Sevilya”da davam etdirəcək. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu ABŞ-da olan “Barsa”nın futbolçuları ilə vidalaşıb və komandanın düşərgəsini tərk edib.

Onun transferinin “Sevilya”ya 8,5 milyon avroya başa gəldiyi deyilir. “Barsa” daha 2 milyon avro bonus kimi əldə edə bilər.

Vidal 2015-ci ildə məhz “Sevilya”dan 17 milyon avro qarşılığında “Barselona”ya keçib. O, ötən mövsüm 25 oyunda meydana çıxıb.
Geri qayıt