Əsas Səhifə > Digər > Ronaldo "Yuventus"da da eyni mövqedə oynayacaq

Ronaldo "Yuventus"da da eyni mövqedə oynayacaq


26-07-2018, 17:40


"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yeni transferləri Kriştiano Ronaldonu hansı mövqedə oynadacağını açıqlayıb.

"Football İtalia"nın yaydığı xəbərə görə, o deyib ki, portuqaliyalı oyunçunun mövqeyində hər hansı dəyişiklik etməyəcək: "O, "Real"da olduğu kimi eyni mövqedə oynayacaq. Ronaldo hücum edən üç oyunçudan biri olacaq və əvvəlki kimi qol vuracaq".

Qeyd edək ki, Ronaldo bu ay "Real"dan 112 milyon avroya "Yuventus"a transfer olunub. O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Geri qayıt