Əsas Səhifə > Digər > 14 saniyə gecikən transfer

14 saniyə gecikən transfer


6-09-2017, 16:09


“Lester” klubu maraqlı qadağa ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “tülkülər” bir neçə saniyənin qurbanı olublar.

Belə ki, “transfer pənrəcəsi”nin son günündə 22 milyon funt-sterlinq müqabilində “Sportinq”dən Premyer Liqa təmsilçisinə keçən Adrien Silva yanvara qədər yeni komandasında debüt edə bilməyəcək. Buna səbəb “Lester” rəhbərliyinin “transfer pəncərəsi” bağlandıqdan cəmi 14 saniyə sonra 28 yaşlı oyunçunun adını sifariş etməsi olub. İngilislər qərarın dəyişməsi üçün FİFA-ya müraciət ünvanlasa da, ali futbol qurumu bunu qəbul etməyib.

Portuqaliya millisinin üzvü gələn ilin yanvarına qədər “Lester”in heyətində yalnız məşqlərdə iştirak edə biləcək.
Geri qayıt