Əsas Səhifə > Digər > Naynqqolan "Roma"nı "İnter"ə dəyişdi

Naynqqolan "Roma"nı "İnter"ə dəyişdi


26-06-2018, 18:06


Milan "İnter”i yeni futbolçu transfer edib. Milan klubu "Roma”nın aparıcı futbolçularından olan Raca Naynqqolanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belçika yığması ilə dünya çempionatına aparılmayan, "canavarlar”ın transferə çıxardığı 30 yaşlı futbolçu "İnter”lə 2022-ci ilə qədər müqavilə imzalayıb.

Bu transferin maddi detalları açıqlanmır. Lakin İtaliya mətbuatının yazdığına görə, "İnter” Naynqqolana görə "Roma”ya 25 milyon avro ödəyib, üstəlik, öz futbolçularından Davide Santon və Nikolo Zaniolonu verib. Hansı ki, hər iki oyunçu artıq paytaxt klubunda tibbi müayinədən keçib və onların da tezliklə "Roma” ilə müqaviləyə imza atması gözlənilir.

Naynqqolan 2014-cü ildə "Kalyari”dən "Roma”ya transfer edilmişdi. O, son mövsümdə "sarı-qırmızılar”ın heyətində 42 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
Geri qayıt