Əsas Səhifə > Digər > "Real"dan "PSJ"yə fantastik təklif -

"Real"dan "PSJ"yə fantastik təklif -


10-06-2018, 22:22


"Real” "PSJ"-nin hücumçusu Neymarı transfer etməkdə israrlıdı.

Xarici mətbuatda yayılan məlumata görə, "kral klubu” yeni təkliflə parislilərə elçi düşüb.

Madrid klubunun prezidenti Florentino Peres bu dəfə daha astronomik məbləğ təklif edib. O, Braziliya millisinin liderinin keçidi qarşılığında 350 milyon avro ödəməyə hazır olduğunu bildirib. "PSJ" ilə müqavilə müddəti 2022-ci ilə qədər olan Neymar özü də İspaniyaya qayıtmaqda maraqlıdı. "Real” superulduzun özünə isə illik 45 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Neymar ötən mövsüm "PSJ"-nin heyətində keçirdiyi 30 oyunda 29 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ onu ötən il "Barselona”dan 222 milyon avroya transfer edib.
Geri qayıt