Əsas Səhifə > Digər > Ançelotti rəsmən "Napoli"də

Ançelotti rəsmən "Napoli"də


23-05-2018, 23:06


“Napoli”nin yeni baş məşqçisi müəyyənləşib.

Klubun saytının yaydığı xəbərə görə, Neapol təmsilçisi Karlo Ançelottiyə tapşırılıb. Təcrübəli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

Qeyd edək ki, “La Gazzetta dello Sport”un iddiasına görə, Ançelottinin “Napoli”də illik qazancı 6,5 milyon avro olacaq.
Geri qayıt