Əsas Səhifə > Digər > Laqerbek Elyunussinin “Qarabağ”a keçidindən danışdı

Laqerbek Elyunussinin “Qarabağ”a keçidindən danışdı


2-09-2017, 12:39
Laqerbek Elyunussinin “Qarabağ”a keçidindən danışdı

Norveç millisinin baş məşqçisi Lars Laqerbek yığmanın yarımmüdafiəçisi Tarik Elyunussinin “Qarabağ”a keçidi barədə danışıb.

DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan yığmasına qarşı ev oyunundan (2:0) sonra yerli mətbuata danışan isveçli mütəxəssis, yarımmüdafiəçinin Ağdam təmsilçisində çıxış etməsinin onun üçün yaxşı təcrübə olacağını deyib:

“Bu keçidi Tarik üçün müsbət dəyərləndirirəm. Yüksək səviyyədə futbol oynayan bir kluba yollanır. Bu, onun özü və milli komanda üçün yaxşı təcrübə olacaq”.

Laqerbek Elyunussiyə Norveç - Azərbaycan oyununun 73-cü dəqiqəsində şans verib.

Xatırladaq ki, “Qarabağ” 28 yaşlı futbolçunu onun müqavilə ilə məxsus olduğu “Olimpiakos” klubundan bir illik icarəyə götürüb.
Geri qayıt