Əsas Səhifə > Digər > Gənc cüdoçularımızdan 2 medal

Gənc cüdoçularımızdan 2 medal


8-04-2018, 13:57
Gənc cüdoçularımızdan 2 medal

İtaliyanın Linyano şəhərində gənc cüdoçular arasında Avropa kuboku keçirilir.

Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun üzvləri də yarışda uğurla çıxış edib. Klubun iki cüdoçusu turniri mükafatçılar sırasında başa vurub.

55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev və Rəşxan Baxşəliyev fəxri kürsüyə qalxıblar. Əliyev İdo Rabin (İsrail), Volfqanq Şneyder (Avstriya) və Antonio Korsale (İtaliya) üzərində qazandığı qələbələrlə yarımfinala yüksəlib. Baxşəliyev isə Ancelo Lionti (İtaliya), Tomas Matyo (Fransa) və Mirça Tomeskuya (Rumıniya) qalib gəlib. Finalın bir addımlığında idmançılarimizin yolları kəsişib. Qalib gələn Rəşxan qızıl, Rövşən bürünc uğrunda mübarizə aparmalı olub.

Baxşəliyev finalda Azərbaycan millisinin digər üzvü Balabəy Ağayevə uduzub və gümüş qazanıb. Əliyev isə italiyalı Mattia Martellonini üzərində qələbə ilə bürüncə yiyələnib.
Geri qayıt