Əsas Səhifə > Digər > Cüdoçumuz ipponla uduzdu

Cüdoçumuz ipponla uduzdu


31-08-2017, 13:17
Cüdoçumuz ipponla uduzdu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.

Qol.az-ın məlumatına görə, bu gün Azərbaycanın daha bir cüdoçusu tatami üzərinə çıxıb. 63 kq çəkidə mübarizə aparan Gülsədəf Kərimova 1/32 finalda Anrikuelis Barriosla (Venesuela) qarşılaşıb və 43 saniyəyə ipponla uduzub.

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.
Geri qayıt