Əsas Səhifə > Digər > Ümit Özat istefa verdi

Ümit Özat istefa verdi


30-08-2017, 13:50


Türkiyə superliqası təmsilçisi "Gənclərbirliyi" baş məşqçisi Ümit Özatla yolları ayırıb.

Klubun saytının yaydığı xəbərə görə, buna komandanın ölkə çempionatının ilk 3 turundakı uğursuz çıxış səbəb olub.

Qeyd edək ki, "Gənclərbirliyi" 3 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Əlavə edək ki, Ü. Ozat ötən ildən Türkiyə klubunu çalışdırırdı. (Qol.az)
Geri qayıt