Əsas Səhifə > Digər > "Bazel" - "Fiorentina" oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

"Bazel" - "Fiorentina" oyunu halı pisləşən azarkeşə görə dayandırılıb


19-05-2023, 06:00




İsveçrədə "Bazel" və İtaliya "Fiorentina"sı arasında keçirilən UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyunu yarımçıq dayandırılıb.

BrendSport.az xəbər verir ki , buna tribunada matçı izləyən qonaq komandanın azarkeşlərindən birinin halının pisləşməsi səbəb olub.

Görüşün ispaniyalı baş hakimi Xose Mariya Sançes 110-cu dəqiqədə məcburi fasilə elan edib. Fanat ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.

Təqribən 9 dəqiqədən sonra referi oyunu bərpa edib.

Qeyd edək ki, hazırda görüşdə əlavə vaxt oynanılır və hesab "Fiorentina"nın xeyrinədir - 2:1. İlk matçda "Bazel" eyni hesabla qalib gəlmişdi.
Geri qayıt