Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçımız “Airthings Masters” turnirində mübarizəyə başlayır

Şahmatçımız  “Airthings Masters” turnirində mübarizəyə başlayır

Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin birinci divizionunda mübarizəyə başlayacaq.

BrendSport.az
xəbər verir ki, 35 yaşlı qrosmeyster dörddəbir finalda ABŞ təmsilçisi Uelsli So ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər dörd görüş keçirəcəklər. Qalib növbəti raundda Qukeş Dommaraku (Hindistan) - Hikaru Nakamura (ABŞ) duelinin güclüsü ilə qarşılaşacaq.
Dörddəbir finalda, həmçinin Maqnus Karlsen rusiyalı Aleksey Sarana, İran əsilli Alireza Firuzca digər hindistanlı Arcun Eriqaisi ilə oynayacaq.
Qeyd edək ki, “Airthings Masters” fevralın 10-da başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş