Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İnam Kərimov Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib

İnam Kərimov Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilib


Fevralın 19-da Gənclər və İdman Nazirliyində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının ümumi yığıncağı keçirilib.
BrendSport.az
saytı xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.
Federasiyanın üzvlərindən Vahid Nəzərov, Elxan Süleymanov, Azad Mustafayev hesabat dövründəki fəaliyyətlə bağlı iradlarını bildirib, təkliflərini səsləndiriblər.
Sonra federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər edilib.
Daha sonra federasiya rəhbərliyinə seçkilər keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçilib.
Yığıncaqda, həmçinin Səbuhi Mehdizadə federasiyanın vitse-prezidenti, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev idarə heyətinin üzvü seçiliblər.
Federasiyanın yeni prezidenti İnam Kərimov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
Sonda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş