Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Saint Louis Rapid and Blitz 2021”: Şəhriyar Məmmədyarov blits yarışının 9 turunda mübarizə aparıb

Saint Louis Rapid and Blitz 2021”: Şəhriyar Məmmədyarov blits yarışının 9 turunda mübarizə aparıb


ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri davam edir.
BrendSport.az xəbər verir ki, şahmatçılar turnirin blits yarışının 9 turunda iştirak ediblər. Ş. Məmmədyarov 9 turun 3-nü qələbə ilə başa vurub, 4-də heç-heçə edib, 2-də isə məğlub olub.
Ümumi nəticəyə görə, şahmatçımız 13 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş