Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


İdman Akademiyasının SABAH qrupu tələbələri onlayn təqdimat ediblər

İdman Akademiyasının SABAH qrupu tələbələri onlayn təqdimat ediblər


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman menecmenti və kommunikasiya ixtisasi üzrə təhsil alan SABAH qrupu tələbələri publisistika və kütləvi informasiya vasitələri fənnindən ilk seminar-məşğələ dərslərini onlayn qaydada təqdim ediblər.

BrendSport.az
saytı xəbər verir ki, seminar-məşğələnin ssenarisi bu ixtisas üzrə təhsil alan 20 nəfərin hər birinin qeydi nəzərə alınmaqla tələbələr Ləman Sultanlı və Nərmin İbrahimova tərəfindən hazırlanıb.
Tələbələr Azərbaycan milli mətbuatının əsasını təşkil edən “Əkinçi” qəzetinin fəaliyyətə başlaması və millətini cahillik zəncirindən ayırıb işıqlı sabaha aparmaq istiqamətində Həsən bəy Zərdabinin fəaliyyətindən, dövrün görkəmli ziyalıları ilə bu istiqamətdəki müzakirələrindən, guya məhz əkin və ziraətdən danışacağını hədəfləyən “Əkinçi” adı altında əslində geniş və əhatəli fəaliyyətin həyata keçirilməsindən bəhs ediblər. Çətin və qarışıq bir dövrdə yaşayıb fəaliyyət göstərsə də, öz həmvətənlərini inkişaf edən xalqların sırasında görmək istəyən Həsən bəyin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə gəlmiş fransız müxbirin, eyni zamanda, qızı Qərib Soltanın xatirələrindən, Hacı Zeynalabdin Tağıyev ilə dialoqlarından, Mirzə Fətəli Axundzadə ilə məktublaşmasından, Seyid Əzim Şirvani və Nəcəf bəy Vəzirovla müzakirələrindən də danışılıb.
Bildirilib ki, “Əkinçi” insanları cəhalətə qarşı mübarizəyə çağırıb, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərib, qadın azadlığı və qadın təhsili ideyasına nail olub, cəhalətə qarşı kəskin çıxışlar edib, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərib. Tələbələr qəzetin maarifləşmə, müasirləşmə, məfkurə saflığı ilə özündən sonra bir sıra mətbu orqanların işıq üzü görməsinə, ictimai fikrin və ictimai düşüncənin, milli mənlik və milli kimlik şüurunun yaranmasına səbəb olduğunu deyərək “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Kaspi” qəzetlərinin yaranması dövründəki çətinliklərdən də söhbət açılıb. Həmçinin Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Firudun bəy Köçərlinin müxtəlif vaxtlarda “Əkinçi” haqqında söylədiyi fikirlərdən nümunələr gətirilib.
Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüş “Əkinçi” qəzetinin Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verməsi, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşması, qabaqcıl ideyaların təbliğin istiqamətində böyük xidmətləri haqqında söylədikləri fikirlər diqqətə çatdırılıb.
Onlayn təqdimat “Biz hamımız sabahıq, “Əkinçi”nin işıqlarını sönməyə qoymayan SABAH!”, - ifadəsi ilə başa çatıb.
Onlayn təqdimatda iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Məmmədov, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova, İdman menecmenti ixtisası üzrə dekan müavini Qərənfil Sadıqova, İdman psixologiyasının aspektləri fənnini tədris edən Nərmin Əhmədzadə, o cümlədən Publisistika və KİV fənninin müəllimi Pərvanə İbrahimova tələbələrin təqdimatını yüksək qiymətləndirib, obrazların təqdim edilmə bacarıqlarından məmnunluqlarını bildiriblər.




AZƏRTAC


Facebook-da paylaş