Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



FIFA20 Milli Liqası davam edir

FIFA20 Milli Liqası davam edir

"Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi FIFA20 Milli Liqasının 16 turu arxada qalıb.
BrendSport.az xəbər verir ki, “Nakhchivan Alinja Tower” komandasının turnir cədvəlində liderliyini davam etdirdiyi vaxtda, ən yaxın rəqibləri arasında mübarizə günü-gündən daha da maraq qazanmağa başlayıb. Aktivində 38 xalı olan və ikinci sırada qərarlaşan “Kalbacar Wolves” kollektivini, onlardan cəmi 1 xal geri qalan “Karabakh Horses” izləyir. Son 4 turda yalnız 1 dəfə məğlub olan “Shaki Khans” klubu xallarının sayını 34-ə çatdıraraq favoritlər arasına təsadüfən düşmədiyini sübut edib. Ardıcıl 3 görüşdə məğlub olaraq rəqiblərini özündən irəli buraxan “Sumqayit Peacekeepers” 32 xalla ilk beşlikdə qərarlaşıb. Qeyri-stabil oyunu ilə yadda qalan “Gobustan Stones” və uğursuz starta baxmayaraq özünü toparlamağı bacaran “Old City White Pants” kollektivləri, müvafiq olaraq 6-7-ci pillədə yer alıblar. FIFA20 Milli Liqasının növbəti turları mayın 2-3-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından, İdmanTV-nin şərhçilərinin təqdimatında izləyə bilərlər.


Facebook-da paylaş