Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Martın 10-da Ümumrusiya Atletika Federasiyasının bərpası ilə bağlı hesabat təqdim olunacaq



Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) işçi qrupunun rəhbəri Rune Andersen martın 10-11-də Şuranın Dohada keçiriləcək iclasında Ümumrusiya Atletika Federasiyasının (VFLA) fəaliyyətinin bərpası ilə bağlı hesabat hazırlayacaq.

BrendSport.az TASS gentliyinə istinadla xəbər verir ki, yanvarın 22-də Dünya Dopinqlə Mübarizə Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiya Dopinqlə Mübarizə Agentliyinin (RUSADA) fəaliyyətinin WADA-nın kodeksinə uyğun olduğunu təsdiqləyib. Beləliklə, VFLA üzvlüyünün IAAF-da bərpası üçün meyarların bir hissəsi yerinə yetirilib.

Xatırladaq ki, yanvar ayında VFLA-nın təşkilatdakı üzvlüyünün mart ayındakı konfransda bərpa olunmayacağı bildirilmişdi. IAAF-da VFLA-nın üzvlüyü 2015-ci ilin noyabrında Riçard Pound tərəfindən idarə olunan WADA komissiyası tərəfindən aparılan araşdırma əsasında dayandırılıb. Daha sonra IAAF norveçli Rune Andersenin başçılığı ilə işçi qrupu yaradıb.

Qeyd edək ki, 2015-ci ildən etibarən uyğunluq statusundan məhrum edilən RUSADA-nın fəaliyyəti ötən il sentyabrın 20-də WADA İcraiyyə Komitəsinin qərarı ilə bərpa olunub.


Facebook-da paylaş