Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əməkdar məşqçi Fərid Mayılov: Yetirmələrim ölkə çempionatında ümidlərimi doğrultdu



Yetirmələrim ölkə çempionatında ümidlərimi doğrultdu. Yarışa 4 boksçum qatıldı və hamısı fəxri kürsüdə yer aldı. Bu bizim düzgün yolda olmağımızın göstəricisidir.

BrendSport.az xəbər verir ki, Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Əməkdar məşqçi Fərid Mayılov yetirmələrinin boks üzrə gənclər arasında Azərbaycan çempionatında çıxışını dəyərləndirərkən deyib.

Əməkdar məşqçi qeyd edib ki, Eldar Babayev (60 kq) və Səlim Səlimov (69 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Hər iki boksçunun böyük potensialı var. Onların gələcəkdə irimiqyaslı yarışlarda mükafatçılar sırasında yer alacağına inanıram. Avropa çempionu Əli Zamanov (52 kq) da finaladək inamla irəlilədi. Ancaq final görüşündə məğlub oldu. Onun da döyüşündən razı qaldım. Digər yetirməm Elmir Novruzov (64 kq) isə ölkə birinciliyində bürünc medal qazanıb. Bir məşqçi olaraq yetirmələrimin fərqlənməsi məni çox sevindirir.

Qarşıda yetirmələrini daha ciddi sınaqların gözlədiyini diqqətə çatdıran F.Mayılov gələcəkdə onları Olimpiya çempionu kimi görmək istədiyini vurğulayıb.

Qeyd edək ki, boksçular ölkə birinciliyində Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətini təmsil ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş