Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında memorandum imzalanıb.




Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında memorandum imzalanıb.

BrendSport.az xəbər verir ki, Sənədi Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi prezidenti İlqar Rəhimov imzalayıblar. Sənəd, Agentlik və Komitə arasında nəqliyyat dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.

Memoranduma əsasən BNA Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edəcək. Bundan əlavə, 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq “Bakı 2019 Qran-Pri” yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsini BNA öz üzərinə götürür.

Tədbirdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli fiziki imkanları məhdud şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması ilə bağlı görülən işlərdən danışıb. Vurğulayıb ki, əhaliyə, xüsusən də fiziki imkanları məhdud şəxslərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən Agentlik tərəfindən son üç ildə bu istiqamətdə mühüm layihələr həyata keçirilib. Əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə avtobuslarda uyğun şəraitin olmasına dair tələblər müəyyənləşdirilib. Hazırda Bakı şəhərində 23 müntəzəm marşrut xətti üzrə 540-a yaxın sərnişin avtobusunda əlil arabası üçün xüsusi mexanizm var. Həmçinin, bu avtobuslarda əlillər üçün ayrıca yerlər nəzərdə tutulub. Yeni gətiriləcək 300 ədəd avtobusda da fiziki imkanları məhdud şəxslərin rahatlığı üçün uyğun şərait var. İlk dəfə olaraq Bakı şəhərində fiziki imkanları məhdud şəxslərin küçə-yol şəbəkəsindən rahat istifadəsini təmin etmək məqsədi ilə səkilərdə pandusların quraşdırılmasına başlanılıb. 2017-ci ilin dekabrında başlanılan işlər hazırda davam etdirilir. Artıq 70 küçə və 229 kəsişmədə pandus quraşdırılıb. “Sovetski” layihəsi çərçivəsində salınan yollarda görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi səs siqnalları ilə təchiz edilən svetoforlar quraşdırılıb. Digər yollarda da bu tip svetoforların quraşdırılması nəzərdə tutulub. “İdeal səki” layihəsi çərçivəsində səkilərə görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkətinə imkan verən hiss edilə bilən (tactile) örtüklərin vurulması planlaşdırılır.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi prezidenti İlqar Rəhimov isə nəqliyyat xidmətlərinin əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Görülən işlər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. Bu işlərin həyata keçirilməsində Milli Paralimpiya Komitəsinin mütəxəssislərinin yaxından iştirak etməyə hazır olduğu qeyd edilib.


Facebook-da paylaş

Xəbəri paylaş