Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bütün bunlar bitəndə məni oyadın”



Qarışıq döyüş növlərinin UFC kateqoriyası üzrə keçirilən yarışda mübarizə aparan Konor Makqreqor və Həbib Nurməhəmmədovun cəzası bəlli olub.

BrendSport.az xarici mətbuata istinadən xəbər verir ki, Nurməhəmmədovun Makqreqora qalib gəldiyi döyüşdən sonra zalda baş verən hadisələrə görə hər iki idmançı cəzalandırılıb. Nevada İdman Komissiyası tərəfindən verilən açıqlamada, rusiyalı Nurməhəmmədova 9 ay yarışlardan kənarlaşdırma və 500 min dollar pul cəzası, irlandiyalı Makqreqora isə 6 aylıq yarış qadağası və 50 min dollar pul cəzası verildiyi ifadə edilib.

Nurməhəmmədov bu qərara “instagram” hesabından etdiyi paylaşımda münasibət bildirib:

“Bütün bunlar bitəndə məni oyadın”.

Cəzalar ötən ilin oktyabr ayının 6-dan etibarən qüvvədədir. Həmin tarixdə keçirilən döyüşdə Nurməhəmmədov 4-cü raundda rəqibinə qarşı boğucu fənd işlədərək, qalib gəlmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş